Rusiyadan Gürcüstana gedən yeganə quru yolu bağlandıbackend

Rusiyadan Gürcüstana gedən yeganə quru yolu bağlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan ərazisində pis hava şəraiti ilə əlaqədar bütün nəqliyyat növlərinin hərəkəti yenidən məhdudlaşdırılıb. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə Şimali Osetiya Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinin mətbuat xidməti Telegram-da məlumat yayıb .

“Gürcüstan ərazisində hava şəraitinin pisləşməsi ilə əlaqədar noyabrın 21-i saat 20:40-dan etibarən Vladiqafqaz şəhəri ilə Lars qəsəbəsi arasındakı ərazidə Rusiya Federasiyasından çıxış istiqamətində bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib”, – mesajda ​​bildirilir.

Məlumata görə, məhdudiyyətlərin növbəti xəbərdarlığa qədər tətbiq ediləcək.

Qeyd edək ki, Kazbegi-Verxniy Lars sərhəd-keçid məntəqəsi Gürcüstan və Rusiyanın quru sərhədində hazırda fəaliyyət göstərən yeganə buraxılış məntəqəsidir.