Rusiyadan inflyasiya açıqlamasıbackend

Rusiyadan inflyasiya açıqlaması

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Reşetnikov Rusiya Federasiya Şurasındakı çıxışında ölkəsindəki inflyasiya tendensiyası ilə bağlı qiymətləndirmələr edib.

NOCOMMENT.az xəbər verir ki, Reşetnikov Rusiyada inflyasiyanın 2024-cü ilə qədər yüksək səviyyədə qalacağını bildirib.

Rusiyada illik inflyasiyanın yüzdə 7,5 olduğunu açıqlayan Reşetnikov, “Gələn il orta illik inflyasiya nisbəti 7,2% olacaq. 2024-cü ilin dekabrında inflyasiyanın illik bazda 4,5 faizə düşəcəyini gözləyirik, lakin inflyasiya gələn il boyunca davam edəcək” deuqə qeyd edib.

Qeyd edək ki, Rusiya Mərkəzi Bankı rublun ucuzlaşması ilə artan yüksək inflyasiya təhlükəsi ilə əlaqədar avqustun 15-də uçot dərəcəsini 8,5 faizdən 12 faizə, sentyabrın 15-də isə 13 faizə qaldırıb. Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina inflyasiyanın yavaşlamasının davamlı olduğuna əmin olana qədər faiz dərəcələrini uzun müddət yüksək səviyyədə saxlayacaqlarını bildirib.