Rusiyadan İsrailə xəbərdarlıq: Biz bunu qanuni hədəf hesab edirikbackend

Rusiyadan İsrailə xəbərdarlıq: Biz bunu qanuni hədəf hesab edirik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin baş naziri Benyamin Netanyahunun Ukraynaya hərbi yardımı nəzərdən keçirdiklərini açıqlamasından sonra Rusiya bu silahları qanuni hədəf kimi qəbul edəcəklərini açıqlayıb.

NOCOMMENT xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İsrailə Ukraynaya silah göndərilməsinin böhranı “uzatacağı” ilə bağlı xəbərdarlıq edərək, “Bütün silah daşımaları başa düşməlidir ki, biz bu silahları Rusiya Silahlı Qüvvələri üçün qanuni hədəf kimi qəbul edəcəyik” dedi.

Paytaxt Moskvada keçirdiyi mətbuat konfransında Zaxarova İsrailin Ukraynaya hərbi yardım planları ilə bağlı sualı cavablandırıb.

Ukraynaya silah göndərilməsi ilə bağlı ölkələri coğrafi prinsipə görə ayırmadıqlarını bildirən Zaxarova:

“Ukraynaya silah göndərən bütün ölkələr başa düşməlidirlər ki, biz bu silahları Rusiya Silahlı Qüvvələri üçün qanuni hədəflər kimi qəbul edəcəyik. Bizim mövqeyimiz hamıya məlumdur. Etiraf etmək lazımdır ki, əlavə və ya yeni silahların alınmasına yönələn istənilən cəhd, hərbi əməliyyatların eskalasiyasına gətirib çıxaracaq. Bundan hamı xəbərdar olmalıdır”.