Rusiyadan kritik Ukrayna açıqlaması: Məhv etdik!backend

Rusiyadan kritik Ukrayna açıqlaması: Məhv etdik!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna ordusuna məxsus Norveç istehsalı olan “NASAMS” zenit-raket kompleksi Donetsk vilayətinin Krasnoarmeysk bölgəsində məhv edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov məlumat verib.

Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus “MiQ-29” təyyarəsi ilə 7 pilotsuz uçuş aparatının vurulduğunu bildirən Konaşenkov Toçka-U raket atıcı sistemi və Norveç istehsalı olan NASAMS hava hücumundan müdafiə raket sisteminin Krasnoarmeysk yaxınlığında məhv edildiyini açıqlayıb.

“Rusiya silahlı qüvvələrinin taktiki aviasiya, raket və artilleriya bölmələri 103 regionda Ukrayna Silahlı Qüvvələrinin 86 artilleriya bölməsini atəş mövqelərində, canlı qüvvə və texnikasnı zərərsizləşdirib” deyə Konaşemkov qeyd edib.

NOCOMMENT.AZ