Rusiyadan Laçın dəhlizi ilə bağlı növbəti AÇIQLAMAbackend

Rusiyadan Laçın dəhlizi ilə bağlı növbəti AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağdakı Rusiya sülhməramlı kontingentinin hərbçiləri Laçın dəhlizindən nəqliyyat vasitələrinin və insanların təhlükəsiz giriş-çıxışını təmin edir.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, gecə xidməti üçün sülhməramlı kontingentin hərbçiləri xüsusi geyimlə də təchiz olunublar. Müşahidə postları müasir LED projektorları və fasiləsiz enerji təchizatı ilə təchiz edilib.

“Rusiya sülhməramlı kontingenti tranzit daşımaların təhlükəsizliyini təmin edir. Lazım gələrsə, hər bir avtomobil yoxlanılır. Xidmət həm gündüz, həm də gecə həyata keçirilir”, – deyə Rusiya sülhməramlı kontingentinin sözçüsü Aleksandr Ripski bildirib.

Onun sözlərinə görə, mövcud vəziyyəti izləmək üçün bütün məntəqələr müasir videomüşahidə kameraları ilə təchiz edilib.

27 müşahidə məntəqəsində rus sülhməramlıları gecə-gündüz vəziyyətin monitorinqini aparır və atəşkəs rejiminə riayət olunmasına nəzarət edirlər.