Rusiyadan Moldovaya təhdid kimi bəyanat: İkinci Ukrayna olmaq yolunda!backend

Rusiyadan Moldovaya təhdid kimi bəyanat: İkinci Ukrayna olmaq yolunda!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moldova ilə Qərb dövlətləri arasında artan dialoqdan narahatlığını bildirən Rusiyanın xarici işlər naziri Lavrov “ikinci Ukrayna” ilə hədələyərək müharibənin genişlənəcəyinə işarə edib.

NOCOMMENT.az xəbər verir ki, sovet respublikalarını müstəqil dövlətlər kimi deyil öz rəhbərliyi altında görməyə davam edən Moskva Ukraynadan sonra Moldovaya da oxşar “müdaxilə” edilə biləcəyi ilə hədələyib.

“Rossiya-24” dövlət televiziyasına danışan Rusiya xarici işlər naziri Sergey Lavrov “Moldovada qeyri-demokratik seçki ilə hakimiyyətə gələn və eyni zamanda Rumıniya vətəndaşı olan prezident Maya Sandu NATO-nun istəklərini yerinə yetirməyə can atır. Moldova prezidenti gizlətmir ki, ölkəsi yaxın vaxtlarda Rumıniya ilə birləşməyi planlaşdırır”, – deyə o, bu siyasətə qarşı olduqlarını bildirib.

Lavrov “Qərb dövlətləri Ukraynadan sonra diqqətlərini Moldovaya yönəldiblər. Moldovanı ikinci Ukrayna etmək istəyirlər” deyə açıqlama verib.