Yanvar-oktyabr aylarında Rusiya Qətərə rekord 145,5 min ton buğda tədarük edib. İxracın həcmi bütün 2023-cü ilin göstəricisindən 41% çox olub.
NOCOMMENT.az xəbər verir ki, TASS bu barədə “Taxılın Keyfiyyətinin Qiymətləndirilməsi Mərkəzi” Federal Dövlət Büdcə Qurumunun direktoru Ruslan Xasanova istinadən məlumat yayıb.
Müqayisə üçün: Rusiya buğdasının Qətər bazarına tədarükü ötən ilin 12 ayının nəticələrinə görə 102,9 min ton təşkil edib.
“Artıq uzun illərdir ki, Qətər davamlı olaraq Rusiya buğdasını alır. İxracın 10 il ərzində orta illik artım tempi 6,1% təşkil edir”, – deyə Xasanov qeyd edib.
Bundan əlavə, Qətər 2024-cü ildə Rusiya arpasının alışını əhəmiyyətli dərəcədə artırıb. İlin əvvəlindən Rusiya Federasiyası Qətər bazarına bu taxıl məhsulunun 35,6 min tonunu göndərib ki, bu da artıq bütün 2023-cü ilin dəyərini ötüb.