Rusiyadan şok Saakaşvili açıqlaması: Uzun müddət həbsdə qalsa…backend

Rusiyadan şok Saakaşvili açıqlaması: Uzun müddət həbsdə qalsa…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ölkədə uzunmüddətli qeyri-sabitlik faktoruna çevrilə və ABŞ bundan təzyiq vasitəsi kimi istifadə edə bilər.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Rusiya Dövlət Duması Beynəlxalq məsələlər üzrə komitəsinin üzvü Yelena Panina Gürcüstanda seçkilərin nəticələri və bu fonda eks-prezident Mixail Saakaşvilinin həbsini şərh edərkən deyib.

Yelena Paninanın fikrincə, son iki gündə baş verən hadisələr sübut edir ki, Saakaşvili nə Gürcüstanda, nə də Qərbdə artıq böyük siyasi lider kimi qəbul edilir: “Onun tarixi vətənində heç bir siyasi perspektivi yoxdur. Eyni zamanda, Saakaşvili ABŞ və Qərbin də hesablarından tamamilə silinib.

O, Gürcüstan həbsxanasında qalarsa, uzun müddət sabitliyin pozulması faktoruna çevrilər. Nəticədə ABŞ-ın zaman-zaman mövcud hakimiyyəti Vaşinqtona qarşı loyallaşdırmaq məqsədilə Saakaşvili işindən təzyiq aləti kimi istifadə edəcəyini güman etmək olar”.
Teleqraf