Rusiyadan tatarların liderinə qadağa – Krımoğlu cavab verdibackend

Rusiyadan tatarların liderinə qadağa – Krımoğlu cavab verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya tatarların lideri və ukraynalı deputat Mustafa Əbdülcəmil Krımoğlunun Krıma giriş qadağasını 2034-cü ilə qədər uzadıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə onun vəkili Nikolay Polozov məlumat verib.

Krımoğlu ilə əlaqədar Krımın Armyansk şəhərində keçirilən məhkəmə zamanı Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) onun yarımadaya girişinə qoyulan qadağanı 15 il uzatdığı bildirilib.

Krımoğlunun baş verənlərə reaksiyası bu cür olub:

“Qərarın heç bir praktik mənası yoxdur. Çünki 2034-cü ildə mən də, işğal da yox olacaq. Güman edirəm ki, niyyətləri cəsədimin orada dəfn edilməsinə mane olmaqdır. Sovet dövründə də belə idi, bir məhbus həbsxanada öləndə həbs müddəti bitənə qədər cəsədini vermirdilər, bu qərar ona bənzəyir”.

Qeyd edək ki, Ukraynanın Krım yarımadası 2014-cü ildə Rusiya ordusu tərəfindən işğal edilərək, qeyri-qanuni yolla federasiyaya birləşdirilib.
Teleqraf.com