Rusiyadan Türkiyəyə ödənişlər sanksiyalara görə dayandırılıbbackend

Rusiyadan Türkiyəyə ödənişlər sanksiyalara görə dayandırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyadan Türkiyəyə 2023-cü ilin dekabrında başlayan pul köçürmələri ilə bağlı problemlər artmaqda davam edir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyənin “Ekonomim” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Məlum olduğu kimi, 2024-cü il yanvarın 1-dən ödənişlər faktiki olaraq dayanıb ki, bu da artıq ixracda ciddi axsamalara səbəb olub. Mənbələrin məlumatına görə, ABŞ dövlət katibi Entoni Blinkenin səfərindən sonra banklar sanksiyalara əsaslanaraq Rusiyadan köçürmələri qaytarmağa və ya ödənişdən imtina etməyə başlayıblar.

Rus tərəfdaşlarından ödəniş almayan avtomobil istehsalçıları və tekstil sənayesi xüsusilə ağır zərbə aldı. Qəzet qeyd edir ki, problem sanksiya siyahılarının genişlənməsi ilə bağlıdır.