Rusiyadan uçuşların ləğvinə görə Türkiyənin zərəri hesablanıbbackend

Rusiyadan uçuşların ləğvinə görə Türkiyənin zərəri hesablanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Türizm Agentlikləri Birliyi Rusiyadan uçuşların ləğvi nəticəsində ölkənin turizm sektoruna dəyən zərəri hesablayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Daily Sabah” nəşri məlumat yayıb.

Məlumata əsasən, aprelin 15-dən iyunun 21-dək olan müddət ərzində Türkiyə turoperatorlarının itkiləri 2 milyard dollardan çox olacaq.

Qeyd edək ki, öncə iyunun 1-dək iki ölkə arasındakı sərnişin daşınmalarına məhdudiyyət tətbiq edən Rusiya hökuməti, sonradan bu qərarının müddətini daha 20 gün uzadıb. Hazırda iyunun 21-dən sonra ölkələrarası uçuşların əvvəlki həcmdə bərpa ediləcəyi də dəqiq məlum deyil.

Məlumat üçün bildirək ki, cari ilin yanvar ayından uçuş məhdudiyyətlərinin qüvvəyə mindiyi aprel ayının ortalarınadək Türkiyəni 296 mindən çox rusiyalı turist ziyarət edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə iki dəfə çoxdur.
Oxu.az