Rusiyadan Ukraynaya raket bombardmanı: 11 ölü, 11 yaralıbackend

Rusiyadan Ukraynaya raket bombardmanı: 11 ölü, 11 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ordusu Ukraynaya raket və İHA hücumları həyata keçirib. Rusiyanın 55 raket atması nəticəsində 11 nəfərin öldüyü, 11 nəfərin yaralandığı bildirilib.

NOCOMMENT xəbər verir ki, Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətindən verilən yazılı açıqlamada, Rusiya qüvvələrinin 26 yanvarda döyüş təyyarələrindən atılan raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə Ukraynaya hücumlar təşkil etdiyi qeyd edilib.

Açıqlamada hücumlar nəticəsində 11 nəfərin həyatını itirdiyi, 11 nəfərin isə yaralandığı bildirilib. 35 binanın zərər gördüyü bildirilən açıqlamada, infrastrukturun ən çox Kiyev bölgəsində zərər gördüyü paylaşılıb.