Rusiyadan Ukraynaya sərt ittiham: Türkiyənin suverenliyinə təhdiddirbackend

Rusiyadan Ukraynaya sərt ittiham: Türkiyənin suverenliyinə təhdiddir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kreml Ukraynanı Türkiyənin suverenliyinə təcavüzdə ittiham edib.

NOCOMMENT.az-ın xəbərinə görə, Kreml sözçüsü Dmitri Peskov bəyan edib ki, Türkiyənin ərazi sularında tankerlərə edilən hücum beynəlxalq hüququn ciddi şəkildə pozulması və ölkənin suverenliyinə təcavüzdür:

“Xüsusilə də ticarət gəmilərinə, həm də Türkiyə Respublikasının ərazi sularında hücum edilməsi misli görünməmiş hadisədir. Bu, eyni zamanda gəmi sahiblərinin mülkiyyətinə və təhlükəsizliyinə ciddi təhdid yaradır”, – deyə Peskov brifinqdə bildirib.

O, bu insidentin Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli prosesinə təsirini də şərh edib.

Xatırladaq ki, insident noyabrın 28-də Qara dənizdə, Türkiyə sahilləri yaxınlığında baş verib. Rusiyaya gedən və Qambiya bayrağı altında üzən “Kairos” və “Virat” tankerlərinə hücum olunub. “Kairos” tankerində maşın bölməsində yanğın baş verib, “Virat”ın heyəti isə gövdənin zədələndiyini bildirib. Ertəsi gün, noyabrın 29-da “Virat” yenidən pilotsuz aparatlarla hücuma məruz qalıb.