Rusiyadan yeni Ukrayna İDDİASI: ABŞ proqramı yenidən başlatdı!backend

Rusiyadan yeni Ukrayna İDDİASI: ABŞ proqramı yenidən başlatdı!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Silahlı Qüvvələrinin Radioloji, Kimyəvi və Bioloji Mühafizə İttifaqının rəisi İqor Kirillov ABŞ-nin Ukrayna ərazisində biolaboratoriyanın yenidən qurulması proqramına başladığını bildirib.

NOCOMMENT.az xəbər verir ki, Rusiyanın hərbi əməliyyatlarından sonra ABŞ-ın layihəni dayandırdığını və laboratoriyaların bu ölkədən qaçaq yolla çıxarıldığını iddia edən Kirillov, biolaboratoriyada çalışan bir çox insanın da Ukraynanı tərk etdiyini xatırladıb.

O, Rusiya Müdafiə Nazirliyinin ABŞ-nin Ukraynada və dünyanın müxtəlif ölkələrində bioloji laboratoriya fəaliyyətini izlədiyini də bildirib.

“Rusiya Müdafiə Nazirliyi ABŞ və onun müttəfiqlərinin Ukrayna və dünyanın digər yerlərində hərbi və bioloji fəaliyyətini öyrənməyə davam edir” deyə o qeyd edib.

NOCOMMENT.AZ