Rusiyadan Zaporojyeyə raket hücumu: 9 mərtəbəli bina vuruldubackend

Rusiyadan Zaporojyeyə raket hücumu: 9 mərtəbəli bina vuruldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ukraynada mülki yaşayış məntəqələrini hədəfə almaqda davam edir.

NOCOMMENT.az xəbər verir ki, Zaporojye şəhərinə raket hücumu həyata keçirən Rusiya 9 mərtəbəli yaşayış binasını vurub.

Zaporojye Bələdiyyə sədrinin müavini Anatoliy Kurtievin verdiyi açıqlamada “Təəssüf ki, hücumda ağır yaralanan 1 nəfər həyatını itirdi” sözlərini qeyd edib.

Kurtiev hücumda yaralanan 25 nəfərin xəstəxanada müalicə aldığını, 2-si uşaq olmaqla 3 nəfərin vəziyyətinin ağır olduğunu bildirib.

NOCOMMENT.AZ