Filippin hakimiyyəti rusiyalı bloqer və pranker Vitali Zdorovetskini ictimai asayişi pozduğuna görə həbs edib və o, deportasiya olunacaq.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti Rusiya səfirliyinə istinadən məlumat yayıb.
“Rusiya vətəndaşı aprelin 2-də ictimai asayişi kobud şəkildə pozduğuna görə həbs edilib”, – məlumatda deyilir.
Zdorovetski Filippin İmmiqrasiya Bürosunun istintaq təcridxanasına yerləşdirilib və hazırda ölkədən deportasiya prosedurlarından keçir. Səfirlik blogerin həbsi ilə bağlı yerli hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb və bloqerin həbsi ilə bağlı əlaqə saxlayır.