Rusiyalı deputat: Revanş üçün gücün olmalıdır, Ermənistanın isə gücü yoxdurbackend

Rusiyalı deputat: Revanş üçün gücün olmalıdır, Ermənistanın isə gücü yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Moskvadakı görüşün ən vacib nəticəsi gələcəkdə müxtəlif məsələlərin həlli üçün işçi qrupunun yaradılmasıdır”.

NOCOMMENT xəbər verir ki, bunu report-a Rusiya Dövlət Dumasının deputatı Yevgeni Fyodorov Azərbaycan, Ermənistan və Rusiya liderlərinin yanvarın 11-də Moskvada keçirilən görüşünü şərh edərkən deyib.

Deputat həmçinin erməni millətçilərinin danışdığı revanşın mümkünsüzlüyünü də qeyd edib: “Revanş üçün gücün və imkanların olmalıdır, Ermənistanın isə heç bir gücü və imkanı yoxdur. Unutmayaq ki, bu, tamamilə təcrid olunmuş ölkədir. Ermənistanın güc və vasitələrini artırması fiziki cəhətdən sadəcə mümkün deyil”.

Rusiyalı deputat Ermənistanla Azərbaycan arasındakı münasibətlərin hələ də gərgin olaraq qalacağını hesab edir: “Biznes əlaqələr bərpa olunacaq, sərhədlər açılacaq. Amma Dağlıq Qarabağ münaqişəsi kifayət qədər uzun çəkib, hərbi məsələlər isə bir neçə ilə həll olunmur”.

Xatırladaq ki, yanvarın 11-də Moskvada Azərbaycan və Rusiya prezidentləri – İlham Əliyev, Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib və görüşdən sonra birgə bəyanat imzalanıb.