Rusiya Dövlət Dumasının deputatı Vitali Milonovun doğma qardaşı Aleksandr Milonov Ukraynada müharibədə ölüb.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Deputatın ofisindən RT-yə verilən məlumata görə, onun qardaşı müharibəyə könüllü yollanıb, Luqanskda kəşfiyyat bölmələrindən birində xidmət edib.
Döyüşlərdən birində yaralanıb və hospitala yerləşdirilib.
Lakin sonradan vəziyyəti kəskin pisləşib və ölüb.