Rusiyalı deputatdan Azərbaycanı hədələyən həmkarına ETİRAZbackend

Rusiyalı deputatdan Azərbaycanı hədələyən həmkarına ETİRAZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəzi rəsmilər ictimaiyyət qarşısında çıxış edərkən heç də həmişə söylədiklərinin mənasını dərk etmirlər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyev deputat Delyaginin Azərbaycan barədə ifadələrini şərh edərkən bildirib.

“Dövlət Dumasının deputatı Delyaginin dövlət kanalının efirində söylənilən emosional ifadələrilə bağlı vəziyyət təəssüf olsun ki, bizi bir daha bəzi rəsmilərin ictimaiyyət qarşısında çıxış edərkən heç də həmişə söylədiklərinin mənasını dərk etməməsi probleminə qaytarır. İstənilən emosiyalar və şəxsi üstünlüklər şəxsi olaraq qalmalıdır. Çünki geniş auditoriya üçün rəsminin istənilən açıqlaması bu şəxsin təmsil etdiyi hakimiyyətin mövqeyi kimi görünür”, – deyə D.Savelyev vurğulayıb.

Sonrakı üzrxahlığın və izahatların şəxsi fikirlər olduğu, vəziyyəti demək olar dəyişmədiyini vurğulayan rusiyalı deputat bildirib:

“Cəmiyyətimizin sabitliyə və zəmanətə əhəmiyyətli dərəcədə ehtiyacı olduğu indiki dövrdə bu, xüsusilə təhlükəlidir. Bu vəziyyət Azərbaycanla əldə olunan razılaşmalar baxımından da çox pis görünür. Xatırladım ki, fevral ayında Rusiya və Azərbaycan prezidentləri müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalayıblar. Həmin Bəyannamənin birinci bəndində deyilir ki, ölkələrimiz arasında münasibətlər qarşılıqlı hörmət və bir-birilərinin daxili işlərinə müdaxilə edilməməsi, eləcə də mübahisələrin sülh yolu ilə həll olunması əsasında qurulur”./Azərtac