Rusiyalı diplomat ABŞ və müttəfiqlərinin Amerika sanksiyalarından uduzacağını bildiribbackend

Rusiyalı diplomat ABŞ və müttəfiqlərinin Amerika sanksiyalarından uduzacağını bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov bildirib ki, ABŞ və müttəfiqləri Amerikanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan uduzacaqlar.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya diplomatik missiyasının Telegram kanalı məlumat yayıb.

Antonov Ağ Evin Rusiyaya qarşı potensial ticarət embarqosu ilə bağlı bəyanatını şərh edərkən qeyd edib ki, ABŞ-ın özü və onun müttəfiqləri məhdudiyyətlərdən daha çox itirəcək. Eyni zamanda diplomat vurğulayıb ki, Vaşinqtonda Avropa ölkələrinin iqtisadi maraqları haqqında düşünənlər azdır.

Bundan əvvəl Antonov heç bir embarqo və ya sanksiyaların Rusiya iqtisadiyyatını pozmayacağını bildirib.