Rusiyalı diplomat Avropanın təhlükəsizlik böhranının səbəbini açıqlayıbbackend

Rusiyalı diplomat Avropanın təhlükəsizlik böhranının səbəbini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Atlantika Alyansı dövlətlərinin Ukraynanın militarizasiyası və nasifikasiyasına təşviqi Avropa təhlükəsizliyinin böhranına gətirib çıxarıb, Vyanada hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Diplomat qeyd edib ki, NATO-nun ümumavropa kontekstindən ayrılması və hərbi üstünlük əldə etmək niyyəti ATƏT-in Təhlükəsizlik Əməkdaşlığı Forumu çərçivəsində hazırlanmış qitədə etimadın möhkəmləndirilməsi tədbirləri alətləri üçün də risklər yaradır.

Qavrilov xatırladıb ki, 2014-cü ildən bəri Qərb Kiyevin 2011-ci il Vyana Sənədinin etimad və təhlükəsizliyin möhkəmləndirilməsi tədbirləri üzrə ən azı 26 bəndini açıq-aşkar pozmasına məhəl qoymayıb. Beləliklə, Ukraynanın militarizasiyası və nasifikasiyası, dinc əhaliyə qarşı terror faktiki olaraq təşviq edildi. Diplomat vurğulayıb ki, məhz belə” sürüşkən yol ” Avropa təhlükəsizliyinin böhranına səbəb olub.