Rusiya ilə ABŞ arasında münasibətlərin normallaşması yalnız Amerika prezidenti Donald Trampın Ağ Evə qayıtmasından sonra mümkün olub.
NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya Federasiyası İctimai Palatasının katibinin müavini və BMT Baş katibinin keçmiş müavini Sergey Ordjonikidze Qazeta.Ru-ya bildirib.
“Tramp hakimiyyətə gələnə qədər Moskva ilə Vaşinqton arasında münasibətlərdə baş verənlər tamamilə anormal idi. İki ən böyük nüvə dövləti, əslində, nüvə müharibəsindən əvvəlki vəziyyətdə idi. Tramp Rusiya ilə münasibətləri normallaşdırmaq yolu ilə tarixi dönüş etdi. Bu, ikitərəfli münasibətlər sferasında və Ukrayna münaqişəsinə münasibətdə özünü büruzə verir”, – deyə siyasətçi bildirib.
Ordjonikidzenin sözlərinə görə, Trampın komandası ölkəni əvvəlki administrasiyanın saldığı geosiyasi çıxılmaz vəziyyətdən çıxarmağa başlayıb.