Rusiyalı ekspert: Sərhəddə rusiyalı sülhməramlıların yerləşdirilməsi təklifi təxribatdırbackend

Rusiyalı ekspert: Sərhəddə rusiyalı sülhməramlıların yerləşdirilməsi təklifi təxribatdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanla Azərbaycan arasındakı sərhəd boyu rusiyalı sülhməramlıları yerləşdirmək barədə Nikol Paşinyanın təklifi təxribatlar silsiləsini davam etdirmək cəhdidir”.

NOCOMMENT xəbər verir ki, bunu report-a rusiyalı hərbi ekspert İqor Korotçenko bildirib.

Onun sözlərinə görə, rusiyalı sülhməramlılarının yerləşdiyi ərazilərdə Ermənistan hərbi qüvvələrinin qalması mövcud razılaşmaların pozulması deməkdir: “Ermənistan məlum üçtərəfli bəyanat çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəmir. Onların başlıca məqsədi Azərbaycanla sülh sazişi, sərhədlərin delimitasiyası və demarkasiyasına dair sənəd imzalamamaq, Zəngəzur dəhlizi layihəsini həyata keçirməmək, bütövlükdə regionda nəqliyyat yollarının açılmasından boyun qaçırmaq üçün bəhanə tapmaqdır. Məhz bunun üçün sərhəddə təxribatlar törədilir. Bunlar Ermənistanın onillər boyu əl atdığı taktikadır”.

Ekspertin qənaətincə, sırf destruktiv mövqe tutan Ermənistan Cənubi Qafqazda təhlükəsizliyə və sabitliyə xələl gətirir: “Bu, dünən də belə olub, indi də belədir, çünki erməni millətçiliyinin mahiyyəti dəyişməz qalıb”.

İ.Korotçenko deyib ki, Rusiya da siyasi təsir vasitələrini işə salaraq üçtərəfli bəyanatın müddəalarını Paşinyana icra etdirməlidir.