Rusiyalı ekspert: Terrorçuların təbliğinə görə cinayət işi açılmalıdırbackend

Rusiyalı ekspert: Terrorçuların təbliğinə görə cinayət işi açılmalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“1977-ci ildə Moskvada partlayış törədənlər elə Monte Melkonyanın lideri olduğu ASALA erməni terror təşkilatının üzvləri olub”.

Bunu NOCOMMENT-ə Rusiya Erməniləri İttifaqı tərəfindən Moskvada keçirilən Monte Melkonyanın xatirə gecəsini şərh edən millətlərarası münaqişələr eksperti Yevgeni Mixaylov bildirib.

Monte Melkonyanın əllərinin Qarabağda azərbaycanlı uşaqların və qadınların qanına batdığını, bir çox diplomatları da qətlə yetirdiyini xatırladan ekspert daha sonra deyib: “Fikrimcə, Rusiya xüsusi xidmət orqanları ən azı Rusiya Erməniləri İttifaqının Moskva ofisində profilaktik söhbətər aparmalı, əslində isə terrorçuluğu və terrorçuların liderini təbliğ etdiklərinə görə cinayət işləri açmalıdır”.

“Məncə, Rusiya Erməniləri İttifaqı yerlərini səhv salıb. Onlara xatırlatmaq istərdim ki, Yerevanda yox, faşizmin, o cümlədən erməni faşizminin tərənnüm olunmasına qarşı mübarizə aparan, hansı dini etiqaddan olursa-olsun terrorçulara dözüm göstərməyən bir ölkədə yaşayırlar”, – ekspert qeyd edib.