Rusiyalı ekspertdən şok açıqlama: Paşinyan Bakıya nə vaxt gələcək?backend

Rusiyalı ekspertdən şok açıqlama: Paşinyan Bakıya nə vaxt gələcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya öz imkanlarından istifadə edərək Ermənistanı yola gətirməlidir”.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.

“Paşinyanın Bakıya səfəri və Azərbaycanla Ermənistan arasında ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə sülh müqaviləsinin imzalanması nə vaxt baş tutacaq? Paşinyan Qarabağın Azərbaycanın olduğunu açıq şəkildə etiraf edəcəkmi, yoxsa təxribatlara davam edəcək?”, – deyə Korotçenko bildirib.

Ekspert hesab edir ki, Ermənistanın Azərbaycanla sülh müqaviləsini imzalamaqdan və bu ölkənin ərazi bütövlüyünü tanımaqdan başqa şansı yoxdur: “Paşinyan real nəticələr istəyirsə, bu addımları atmalıdır. Çünki Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Ermənistanın ərazi bütövlüyünü tanıyır”.

Korotçenkonun fikrincə, Azərbaycanla münasibətlərini bərpa etməsi Ermənistanın iqtisadi inkişafına yol açacaq.

Onun sözlərinə görə, Rusiya öz imkanlarından istifadə edərək Ermənistanı yola gətirməlidir.

Qarabağın beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazisi olduğunu bildirən Korotçenko qeyd edib ki, bundan sonra heç bir statusdan söhbət gedə bilməz.