Rusiyalı hərbi ekspert: Bu il Qarabağda müharibə yenidən qızışa bilərbackend

Rusiyalı hərbi ekspert: Bu il Qarabağda müharibə yenidən qızışa bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“2021-ci ildə hərbi qarşıdurmalar Dağlıq Qarabağ, Donbas və Suriyada davam edəcək. Eyni toqquşmalar Kuril adalarında, Belarusda və Şimal dəniz dəhlizində də mümkündür”.

NOCOMMENT musavat.com-a istinadən xəbər verir ki, belə bir proqnozla rusiyalı hərbi ekspert Aleksey Leonkov çıxış edib.

Onun sözlərinə görə, “Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağdakı münaqişə bu il gizli şəkildə davam edə bilər”. Mütəxəssis hesab edir ki, əgər müharibənin nəticələri bütün tərəfləri qane etsəydi, konflikt bitərdi. “Münaqişənin həlli böyük ölçüdə Rusiya sülhməramlılarının hərəkətlərindən asılı olacaq”, – deyə o ehtimal edib.

Sözünə davam edən hərbi ekspert deyib: “Donbas Türkiyə və Ukraynanın Krım uğrunda əməliyyat keçirməyə çalışacağı bir yerə çevriləcək. Bu, Krım yarımadası ətrafında artan gərginliyin müqəddiməsi ola bilər. Hərbi aviasiyanın rolunu pilotsuz təyyarələr həyata keçirəcək. Dnestryanı bölgədə (Moldova) isə Rusiya sülhməramlılarının varlığı münaqişəyə səbəb ola bilər”.

Leonkov “Rand Corporation”in 2019-cu ildə “Rusiyanın cilovlanması və ona qarşı ön tədbirlər” haqda hesabatını öz proqnozları üçün arqument qismində göstərir. Həmin sənəddə Güney Qafqaz, Orta Asiya və Dnestryanı bölgədən bəhs olunur.

Ekspert Ukraynada təlim keçmiş “diversiya qrupları”nın Belarusa nüfuz etməsini təxmin edir. Onun fikrincə, intiharçı hücumlar da baş verə bilər.