Rusiyalı hərbi ekspert: Müharibədə 10 min erməni əsgəri…backend

Rusiyalı hərbi ekspert: Müharibədə 10 min erməni əsgəri…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan Baş naziri Nikol Paşinyan bölgədə düşmən əhval-ruhiyyəyə son qoyulmasının zəruriliyini bildirdi və Azərbaycanla əlaqələrin bərpasını vacib addım kimi göstərdi”.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.

Ekspert Ermənistan baş nazirinin bölgədəki durumla bağlı son fikirlərinə diqqət çəkib: “Ermənistan rəhbərliyi ordunun maddi-texniki təminatı və döyüş hazırlığındakı uğursuzluqlarına dair getdikcə daha çox şok detalları üzə çıxarır. Vəziyyət elədir ki, buna təəccüblənməyə bilmirsən. İndi 44 gün davam edən hərbi əməliyyatlarda (Qarabağda) niyə Ermənistan ordusunun 10 min fərarisinin olduğu aydınlaşır.

Göründüyü kimi, erkən parlament seçkiləri elan edən Nikol Paşinyan ölkə vətəndaşlarını yeni gələcəyə baxmağa çağırır. Bu, qisas çağırışlarının olmadığı, bölgə ölkələri arasında iqtisadi əməkdaşlığın hökm sürdüyü gələcəkdir”.

Qeyd edək ki, Nikol Paşinyan dünən verdiyi açıqlamada Ermənistanla Azərbaycan arasında kommunikasiyaların və yolların açılmasının zəruriliyinə diqqət çəkib.

Onun sözlərinə görə, tərəflərin bir-birinə olan mənfi münasibəti tez bir zamanda yoluna qoyulmayacaq: “Amma irəli baxmalıyıq və problemin həlli metodlarından biri indi müzakirə etdiyimiz məsələdi, yəni regional kommunikasiyaların və yolların açılmasıdır. Kimsə bunun yalnız Azərbaycan üçün faydalı olduğunu deyirsə yanılır, bu Ermənistanın da xeyrinədir”.