Rusiyanın keçmiş xokkeyçisi Yevgeni Konstantinov SVO zonasında dünyasını dəyişib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Sokol” klubunun mətbuat xidməti VK-da məlumat yayıb.
“2009-2015-ci il mövsümlərində Konstantinov 4 saylı İdman Məktəbinin məşqçisi Dmitri Kulikovun rəhbərliyi altında Volqaboyu gənclər arasında Rusiya çempionatında “Sokol-99” komandasında çıxış edib. O, 2024-cü il noyabrın 21-də Kursk vilayətində döyüş tapşırığını yerinə yetirərkən həlak olub”, – məlumatda deyilir.
Konstantinovla vida mərasimi martın 24-də baş tutub.