Rusiyalı komandanın Qarabağdan qovulması TƏLƏB EDİLİRbackend

Rusiyalı komandanın Qarabağdan qovulması TƏLƏB EDİLİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Soçi görüşündən əvvəl Azərbaycanın Xankəndi şəhərində mitinqin keçirilməsi Rusiyanın Azərbaycana qarşı təxribatı idi və rəsmi Bakı bunu cavabsız qoymamalıdır.

NOCOMMENT xəbər verir ki, bunu modern-ə açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

Onun sözlərinə görə, Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının komandanı, general-mayor Andrey Volkov dərhal persona non-qrata (arzuolunmaz şəxs) elan edilməli və Azərbaycan ərazilərindən çıxarılmalıdır.

“Xankəndidə belə bir mitinqin təşkil olunması yolverilməzdir. Rusiya bununla Soçi görüşü öncəsi Azərbaycana təzyiq göstərmək istəyirdi. Xankəndi şəhərində keçirilən qondarma mitinq Rusiyanın işidir.

Bu mitinq deyil, biabırçılıqdır. Müharibədən sonra Xankəndidə barmaqla sayıla biləcək qədər erməni qalmışdı. Ancaq mitinqdə iştirak edənlərin sayı çox idi. Bu da Ermənistanın Rusiya ilə birgə çalışdığını göstərir. Mitinq bizə imkan verir ki, Rusiya sülhməramlılarının komandanı, general-mayor Andrey Volkovu peresona-non-qrata elan edərək, ona ölkəmizi tərk etməsi üçün 24 saat vaxt verək”, – deyə Ü.Cəfərov vurğulayıb.

Qeyd edək ki, oktyabrın 30-da Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətində olan Xankəndi şəhərində təxribat məqsədilə mitinq keçirilib. Mitinqdən paylaşılan fotolar və bu qədər nümayişçinin Xankəndidə necə peyda olması geniş müzakirələrə səbəb olub. Azərbaycanın maraqlarına zidd olan mitinqin Soçi görüşü öncəsi Rusiya tərəfindən təzyiq məqsədilə təşkil olunması istisna edilmir.