Dağıstanda müstəntiqlər MMA döyüşçüsü Timur Xizriyevə silahlı hücumla bağlı iş açıblar.
NOCOMMENT.az bu barədə TASS agentliyinə istinadən xəbər verir.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü (“Xuliqanlıq”) maddəsi ilə iş açılıb. Xızrıyev artıq əməliyyat olunub, həyatı üçün təhlükə yoxdur.
Bundan əvvəl internetdə MMA döyüşçüsünə atəş açmaqda şübhəli bilinən şəxsin fotosu yayılıb .
Xizriyevə travmatik tapançadan bir neçə dəfə atəş açılıb . Hadisə Moskva vaxtı ilə saat 23:40 radələrində Mahaçqalada baş verib. İdmançı Daniyalov küçəsindəki evinə gəlib avtomobilindən düşən zaman naməlum maskalı şəxslər atəş açıb. Ümumilikdə təxminən on atəş açılıb.