Rusiyalı müxalifətçi Qərbi “adi ruslara” qarşı sanksiyaları yumşaltmağa çağırıbbackend

Rusiyalı müxalifətçi Qərbi “adi ruslara” qarşı sanksiyaları yumşaltmağa çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya-ABŞ məhbus mübadiləsi çərçivəsində azad edilən rusiyalı müxalif siyasətçi və jurnalist Vladimir Kara-Murza yenidən Qərbi Moskvaya qarşı sanksiyaların tətbiqinə diqqətlə yanaşmağa çağırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.

“Mən heç vaxt sanksiyaların götürülməsinə çağırış etməmişəm, lakin onlar Putinin döyüş maşınına və müharibə iqtisadiyyatına yönəlməlidir və onun Ukraynaya qarşı bu qanlı təcavüzkar müharibəni davam etdirməsini çətinləşdirməlidir”, – deyə o, nəşrə bildirib.

Müxalifətçi əlavə edib ki, rusların Litva və Çexiyaya girişinə tam qadağa qoyulması “ayrı-seçkilik və Avropa İnsan Haqları Konvensiyasının pozulmasıdır”.

“Qərb 140 milyon rusun hamısına hərbi cinayətkar kimi yanaşmamalıdır, çünki onlar açıq-aydın belə deyillər”, – Kara-Murza bildirib.