Rusiyalı silah baronu amerikalı basketbolçu ilə dəyişdirildibackend

Rusiyalı silah baronu amerikalı basketbolçu ilə dəyişdirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyi amerikalı Brittni Qraynerin rusiyalı Viktor Butla dəyişdirildiyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, mübadilənin Abu-Dabi hava limanında baş tutduğu bildirilir.

Avqustun 4-də Moskva vilayətinin Ximki rayon məhkəməsi amerikalı basketbolçu Qrayneri narkotik qaçaqmalçılığı və saxlama ittihamı ilə 9 il müddətinə azadlıqdan məhrum edib.

Rusiyalı Viktor But 15 ilə yaxın ABŞ-da həbsdə idi. O, 2008-ci ildə ABŞ-ın tələbi ilə Taylandda həbs edilib və ABŞ-a aparılıb.

O, ABŞ vətəndaşlarını öldürmək üçün sui-qəsd hazırlamaqda və terrora maddi dəstək verməkdə ittiham olunub.

2012-ci ildə Nyu-Yorkda andlılar məhkəməsi rusiyalını təqsirli bilib, o, 25 il müddətinə azadlıqdan məhrum edilib.
Publika.az