Rusiyalı turistlərin bu ölkəyə girişi QADAĞAN OLUNDUbackend

Rusiyalı turistlərin bu ölkəyə girişi QADAĞAN OLUNDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Norveç Ukraynada davam edən müharibə səbəbindən rusiyalı turistlərin ölkəyə girişinə qadağa qoyub.

NOCOMMENT.az xəbər verir ki, bu gündən qüvvəyə minən qərara əsasən, turizm və digər “birinci dərəcəli əhəmiyyət daşımayan” məqsədlərlə Norveçə səfər etmək istəyən Rusiya vətəndaşlarına viza verilməyəcək.

Lakin qohumlarını ziyarət etmək, işləmək və ya təhsil almaq məqsədilə ölkəyə gəlmək istəyənlər üçün istisnalar edilə bilər. Bu digər Şengen ölkələrindən viza alan şəxslərə də şamil olunacaq. Rusiyanın Oslodakı səfirliyi Norveç hakimiyyətinin qərarını qeyri-dost və siyasi motivli ayrı-seçkilik addımı adlandırıb.

Xatırladaq ki, Norveç 2022-ci ilin sentyabrında Rusiya ilə sadələşdirilmiş viza rejimi barədə müqavilənin fəaliyyətini də dayandırıb.