Rusiyanı istefalar dalğası bürüyübbackend

Rusiyanı istefalar dalğası bürüyüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Rusiyanın bir çox vilayət və əyalətlərinin başçıları ya istefa verdiklərini, ya da növbəti seçkilərə qatılmadıqlarını açıqlayıblar.

NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, hər şey Rusiyanın Tomsk vilayətinin qubernatoru Sergey Jvaçkindən başlayıb.

Sergey Jvaçkinin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin onun istefasını dəstəkləyib: “Heç vaxt kresloya bağlanmamışam. Bu kimi vəziyyət istefa qərarımı müəyyənləşdirib”.

Daha sonra estafeti Kirov vilayətinin qubernatoru İqor Vasilyev qəbul edib. Məlumata görə, 2016-cı il iyulun 28-də Vladimir Putin İ.Vasilyevi vilayətə qubernator səlahiyyətlərinin icraçısı olaraq təyin etmişdi. O, 2017-ci il sentyabrın 19-da isə vəzifəsinin icrasına başlamışdı.

Bundan sonra ölkənin Saratov vilayətinin qubernatoru Valeri Radayev işdən çıxmaqla bağlı ərizə yazıb. O, 10 ildir bu vəzifədə çalışırmış.

Bundan başqa Ryazan vilayətinin qubernatoru Nikolay Lyubimov növbəti müddətə qubernator postuna namizədliyini irəli sürməyəcəyini bildirib.

Son xəbər isə bir az əvvəl Mari El Respublikasının başçısı Aleksandr Evstifiyevdən gəlib. Məlumata görə, o da işdən çıxmaqla bağlı ərizə yazıb.