Rusiyanın 120 nəfərlik desant qrupu darmadağın edildibackend

Rusiyanın 120 nəfərlik desant qrupu darmadağın edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarkov vilayətinin Volçansk rayonuna ruslar 3 helikopterlə desant-hücum qrupu atdılar. Ancaq onlar istəklərinə nail ola bilmədi.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Xarkov vilayət administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat yayıb.

O bildirib ki, 120 nəfərdən ibarət desant qrupu Xarkova doğru irəliləmək istəyib:

Ancaq bizim müdafiəçilər və Ukrayna ordusunun quru qoşunları desantların böyük hissəsini yerindəcə məhv etdi. Qalanlar isə Belqorod vilayəti ərazisindən Rusiyaya qaçdılar”.