Rusiyanın ABŞ-dakı səfiri Putin-Tramp təmaslarının nəticələrindən birini açıqladıbackend

Rusiyanın ABŞ-dakı səfiri Putin-Tramp təmaslarının nəticələrindən birini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında təmaslar artıq rus və ABŞ diplomatlarına viza verilməsi və onların səyahət rejiminin yüngülləşdirilməsi məsələsində irəliləyiş əldə edib.

NOCOMMENT.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın Vaşinqtondakı səfiri Aleksandr Darçiyev deyib.

Bundan əlavə, o qeyd edib ki, Rusiya və ABŞ diplomatik nümayəndəlikləri üçün bank xidmətləri və Rusiyanın beynəlxalq təşkilatların büdcələrinə ayırmaları üçün zəmanətlər barədə razılığa gəliblər.

Bundan əvvəl Darçiyev bəyan etmişdi ki, Rusiya tərəfi Vaşinqton tərəfindən qeyri-qanuni zəbt olunmuş Rusiya diplomatik əmlakının geri qaytarılması ilə bağlı ABŞ-la ciddi söhbət aparmaq niyyətindədir. O vurğulayıb ki, bu məsələ bütün ikitərəfli dosyeni normal vəziyyətə qaytarmaq üçün açardır.