Rusiyanın ABŞ-ın Taxıl Dəhlizi Sazişinə cavabıbackend

Rusiyanın ABŞ-ın Taxıl Dəhlizi Sazişinə cavabı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kremlin sözçüsü Dmitriy Peskov ABŞ-ın Qara Dəniz Taxıl Sazişinin Rusiyaya aid hissəsini nəzərdən keçirəcəyini vəd edəcəyini bildirərək, ilk növbədə şərtləri təmin etməli olduğunu, bu halda yenidən razılaşmaya qayıdacaqlarını bildirib.

NOCOMMENT.az xəbər verir ki, jurnalistlərə açıqlama verən Peskov ABŞ dövlət katibi Antoni Blinkenin Rusiyanın Qara dəniz taxıl sazişinə qayıtması halında Vaşinqtonun Rusiyadan ərzaq ixracını təmin etmək üçün hər şeyi edəcəyi barədə bəyanatını dəyərləndirib.

ABŞ-ın istəsə Taxıl Sazişinin Rusiya hissəsinin yerinə yetirilməsini təmin edə biləcəyinə işarə edən Peskov, “Düşünəcəklərinə söz verməməlidirlər, bunu etməlidirlər. Bu edilən kimi razılaşma əldə olunacaq və saziş dərhal yenidən qüvvəyə minəcək”, – deyib.

Amerikalıların bu sahədə heç bir təhlükəsizliyi təmin etmək məcburiyyətində olmadığına diqqət çəkən Peskov təhlükəsizliyin amerikalılar olmadan Taxıl müqaviləsi çərçivəsində təmin edildiyini vurğulayıb.