Belqorod vilayətinin Şebekino şəhəri və Borisovka qəsəbəsi pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb, bir mülki şəxs xəsarət alıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə bölgə qubernatoru Vyaçeslav Qladkov “Telegram” kanalında məlumat verib.
“Borisovka qəsəbəsi beş dron tərəfindən hücuma məruz qalıb. Nəticədə kommersiya obyektinə edilən zərbədə bir kişi barotravma alıb”, – Qladkov qeyd edib.
Xəsarət alan şəxs Belqorod xəstəxanasına çatdırılıb. Bundan əlavə, dörd yük avtomobili zədələnib, onlardan biri yanıb. Bir yaşayış evinin və iki kommersiya obyektinin şüşələri sınıb, həmçinin iki minik avtomobili qəlpələrlə zədələnib.