Rusiyanın beynəlxalq ehtiyatları xeyli artıbbackend

Rusiyanın beynəlxalq ehtiyatları xeyli artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2025-ci il aprelin 11-dən aprelin 18-dək Rusiyanın beynəlxalq ehtiyatları 25,5 milyard dollar və ya 3,9 faiz artıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın (MB) saytında məlumat verilib.

Beynəlxalq ehtiyatların strukturuna tənzimləyici və hökumət tərəfindən nəzarət edilən xarici valyutada yüksək keyfiyyətli xarici aktivlər daxildir. Onlardan tədiyyə balansının kəsirini maliyyələşdirmək və rublun məzənnəsini sabitləşdirmək məqsədilə valyuta bazarlarında intervensiyalar həyata keçirmək üçün istifadə oluna bilər.

Cümə gününün sonuna, aprelin 18-nə olan məlumata görə, Rusiyanın beynəlxalq ehtiyatları 681,3 milyard dollar təşkil edib. Müqayisə üçün qeyd edək ki, bir həftə əvvəl bu rəqəm 655,8 milyard idisə, yazın ikinci ayının əvvəlində 658 milyard idi.

Bundan əvvəl Rusiyanın qızıl ehtiyatlarının dəyərinin əhəmiyyətli dərəcədə artması ilə bağlı məlumatlar da yayılmışdı . 2025-ci ilin fevral ayının sonunda bu rəqəm rekord həddə çataraq 217,4 milyard dollar təşkil edib. Nəticədə yazın əvvəlinə ölkənin ümumi ehtiyatlarında bu qiymətli metalın payı üçdə birini ötüb.