Rusiyanın Bryansk vilayətində Ukraynaya məxsus PUA məhv edilibbackend

Rusiyanın Bryansk vilayətində Ukraynaya məxsus PUA məhv edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hava hücumundan müdafiə sistemi Ukrayna Silahlı Qüvvələrinə məxsus təyyarə tipli pilotsuz uçuş aparatını Bryansk vilayəti üzərində səmada məhv edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə regionun qubernatoru Aleksandr Boqomaz özünün Telegram kanalında məlumat verib.

“Təyyarə tipli PUA Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri tərəfindən aşkar edilərək məhv edilib”, – o, Moskva vaxtı ilə saat 23:08-də qeyd edib.

Boqomaz əmin edib ki, itki və dağıntı yoxdur. Rayon rəhbəri əlavə edib ki, hazırda təcili və operativ xidmətlər yerindədir.

Bu, Ukrayna pilotsuz təyyarələrinin bir gündə regiona ikinci hücumudur.