Rusiyanın bu vilayətində raket xəbərdarlığı elan edildibackend

Rusiyanın bu vilayətində raket xəbərdarlığı elan edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Novorossiysk şəhərinin meri Andrey Kravçenko şəhərdə raket xəbərdarlığı elan edib.

NOCOMMENT.az xəbər verir ki, xəbərdarlıq onun Telegram kanalında yerləşdirilib.

Vətəndaşlardan qapalı pəncərəsiz otaqlarda qalmaları və ya küçədə olduqları halda ən yaxın binanın zirzəmisində və ya yeraltı keçiddə (dayanacaqda) sığınmağa çağırılıb.

Qeyd olunur ki, evlərin divarları və nəqliyyat vasitələrinin altındakı yerlər raket hücumu zamanı sığınacaq üçün uyğun deyil.

Əgər hadisənin şahidi olarsınızsa, sosial şəbəkələrdə hava hücumundan müdafiə, hücum hədəflərini mühafizə vasitələri, xüsusi və əməliyyat xidmətlərinin işini əks etdirən foto və videoları çəkməməyi və ya yerləşdirməməyi xahiş edirik”, – deyə o vurğulayıb.