Rusiyanın cənubunda yarım milyondan çox sakin işıqsız qalıbbackend

Rusiyanın cənubunda yarım milyondan çox sakin işıqsız qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın cənubunda yüz minlərlə sakin anomal yüksək temperatur səbəbindən işıqsız qalıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Energetika Nazirliyinin teleqram-kanalında bildirilib.

Qeyd olunub ki, Rostov vilayətinin 324 mindən çox sakini, Krasnodar diyarı və Adıgey Respublikasında 181 min, Həştərxan vilayətində 94,3 min sakin işıqsız qalıb.

“Bu regionların energetikləri gücləndirilmiş iş rejimində qəza-bərpa işləri aparırlar”, – RF Energetika Nazirliyinin yaydığı məlumatda bildirilib.

Fobos hava mərkəzi Rusiyanın cənubunda ötən həftənin sonundan bəri davam edən istilərin yaxın günlərdə də davam edəcəyini açıqlayıb.

Xüsusilə, Rostovda iyulun 9-10-da havanın temperaturu 38-39 dərəcə isti olacaq, həftənin sonuna kimi şəhərdə yağış gözlənilmir.

Sinoptiklər belə havanın səbəbinin iyulun 8-də Rusiyanın Avropa hissəsinin böyük hissəsini əhatə edən və yalnız ölkənin qərb sərhədlərində frontal bulud sahələrinə yaradan geniş antisiklon olduğunu deyirlər.

“Kommersant” nəşrinin yazdığına görə, anomal istilər Rusiyanın cənubunda enerji böhranına səbəb olub. Rostov vilayətində və Kubanda müvəqqəti enerji kəsintisi cədvəlləri tətbiq edilir və yüksək tələbat şəraitində cənubda elektrik enerjisinin topdansatış qiymətləri bütövlükdə ölkənin Avropa hissəsindəkindən iki dəfə sürətlə artır.

Energetika Nazirliyi bildirib ki, müvəqqəti kəsintilərə səbəb yay aylarında maksimum temperatur fonunda elektrik enerjisi istehlakının artmasıdır.