Rusiyanın daha bir şəhəri turist vergisi tətbiq edəcəkbackend

Rusiyanın daha bir şəhəri turist vergisi tətbiq edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gələn il yanvarın 1-dən Rostov-na-Donuda turist vergisi tətbiq ediləcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RBC şəhər administrasiyasına istinadən məlumat yayıb.

Bəyanatda vurğulandığı kimi, bu ilin iyul ayında Rusiya Federasiyasının Vergi Məcəlləsinə 33.1-ci “Turizm vergisi” adlı yeni fəsil daxil edilmişdir ki, buna görə şəhər hakimiyyət orqanları öz ərazilərində vergi təyin edə bilərlər.

Vergi ödəyiciləri müvəqqəti yaşayış yerlərinin verilməsi üçün xidmət göstərən təşkilatlar və fiziki şəxslər olacaqlar. Gələn il vergi dərəcəsi bir gecəlik yaşayış haqqının 1%-i olacaq. Minimum vergi məbləği ən azı 100 rubl olacaq.