Rusiyanın dondurulan aktivləri Ukraynaya verilirbackend

Rusiyanın dondurulan aktivləri Ukraynaya verilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Böyük yeddilik” ölkələri iyun sammiti üçün Rusiyanın dondurulan aktivlərinin Ukraynaya verilməsi ilə bağlı yeni təkliflər hazırlayacaqlar.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Böyük Britaniya xarici işlər nazirinin müavini Nüsrət Qani məlumat yayıb.

Onun sözlərinə görə, Britaniya müttəfiqləri ilə, o cümlədən Avropa Komissiyası ilə sıx əməkdaşlığı davam etdirir.

Hazırda Moskvanın dondurulan aktivlərinin Kiyevə yönəldilə biləcəyi bütün hüquqi sxemlər öyrənilir.