“Rusiya Federasiyasının dondurulmuş aktivlərindən əldə edilən gəlirin təxminən 90%-i Ukraynanı lazımi silah və hərbi texnika ilə təmin etmək üçün Avropa Sülh Fonduna yönəldiləcək”.
NOCOMMENT.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell deyib. Bildirib ki, bizə aylardır ehtiyacımız olan yekdillik lazımdır.
“Mən Xarici İşlər Nazirləri Şurasında bu barədə danışmışam. İstifadə edilmisini gözləyən 6,6 milyard avro var və bunun üçün lazım olan bütün alətlər hələ də təsdiqini gözləyir”, – deyə Borrell qeyd edib.