Rusiyanın Donetsk vilayətini atəşə tutması nəticəsində ölən və yaralananlar varbackend

Rusiyanın Donetsk vilayətini atəşə tutması nəticəsində ölən və yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Donetsk vilayətini atəşə tutması nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Donetsk vilayət prokurorluğu feysbukda bildirib.

“Rusiya ordusunun Donetsk vilayətinə həmlələri nəticəsində bir nəfər ölüb və dörd nəfər yaralanıb”, – prokurorluğun məlumatında qeyd olunub.

Ölümlə sonuclanan hücum Baxmut rayonunun Çasiv Yar şəhərinə həyata keçirilib. 46 yaşlı kişi küçədə aldığı qəlpə yaralarından keçinib. Müharibəöncəsi dövrdə sözügedən şəhərdə 10 mindən çox sakin yaşasa da, ötən ilin sentyabrında yaşayış məntəqəsində cəmi 900 nəfər qalırdı.

Xatırladaq ki, 2022-ci il iyulun 9-da gecə saatlarında işğalçı qüvvələrin bu kiçik şəhərə endirdiyi raket zərbələri nəticəsində 48 nəfər ölmüş, 24 nəfər yaralanmışdı. Ölənlərdən 11 nəfərin kimliyi hələ də müəyyən edilməyib. Rusiya Müdafiə Nazirliyi bu hadisəni amerikan haubitsaların anqarına “yüksəkdəqiqlikli silahla” endirilmiş zərbə kimi təqdim edərək hücumda 30 ukraynalı hərbçinin öldüyünü bildirmişdi.