Rusiyanın Əlcəzairdəki səfiri vəfat edibbackend

Rusiyanın Əlcəzairdəki səfiri vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Əlcəzair Xalq Demokratik Respublikasındakı səfiri Valeryan Şuvayev qəflətən vəfat edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi öz saytında məlumat yayıb.

“2024-cü il iyulun 3-də Rusiya Federasiyasının Əlcəzair Xalq Demokratik Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əlcəzairdə qəflətən dünyasını dəyişib”, – mesajda deyilir.

Diplomat 1955-ci il martın 16-da Barnaulda anadan olub. SSRİ Xarici İşlər Nazirliyinin MDBMİ Universitetini bitirdikdən sonra SSRİ-nin Livan Respublikasındakı səfirliyində növbətçi köməkçisindən fövqəladə və səlahiyyətli səfirə qədər bir sıra vəzifələrdə çalışıb. Xidmətlərinə görə o, “Şücaət” ordeni ilə təltif edilib, həmçinin Rusiya Federasiyası Prezidentinin təşəkkür məktubu və “Rusiya Xarici İşlər Nazirliyinin fəxri işçisi” adı ilə təltif edilib.

27 may 2022-ci ildə Şuvayev Əlcəzairə səfir təyin edilib.