Rusiyanın ən varlı deputatı həbs edildibackend

Rusiyanın ən varlı deputatı həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Dumasının Saxalin vilayətinin milyarder deputatı Dmitri Paşov həbs olunub.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu barədə RİA Novosti agentliyi məlumat yayıb.

“Məhkəmə Paşova iki ay müddətinə həbs qətimkan tədbiri seçib. Deputat aprelin 26-dək istintaq təcridxanasına göndəriləcək, hələlik isə o, Xabarovsk istintaq təcridxanasında qalacaq, sonrası müstəntiqin qərarından asılıdır”, – deyə məhkəmədən bildiriblər.

Paşov 26 fevralda Xabarovsk şəhərinə işgüzar səfərə gedərkən mühakimə müddəti artıq bitmiş köhnə bir iş üzrə dindirilmək üçün çağırıldığı zaman saxlanılıb.

Ötən ilin sentyabrında “Forbes” Paşovu Rusiyanın ən varlı deputatı elan edib. 2019-cu ilin sonunda Paşov ailəsinin gəliri 6,2 milyard rubl olaraq qiymətləndirilib.

Millət vəkili Uzaq Şərqin ən böyük xərçəng ovçularından biri olan “Moneron” müəssisəsinə rəhbərlik edir. Şirkətin gəliri 2019-cu ilin sonunda 7,97 milyard rubl təşkil edib.