Rusiyanın Euroclear-dakı dondurulmuş aktivləri 2024-ün I trimestrində 1,6 milyard avro gəlir gətiribbackend

Rusiyanın Euroclear-dakı dondurulmuş aktivləri 2024-ün I trimestrində 1,6 milyard avro gəlir gətirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyasının Euroclear beynəlxalq depozitarında yerləşən dondurulmuş aktivləri 2024-cü ilin birinci trimestrində 1,6 milyard avro gəlir gətirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Belçikanın “Echo” qəzeti bu hesablaşma və klirinq sisteminin məlumatlarına istinadən məlumat yayıb.

Mövcud rəsmi məlumatlara görə, hazırda Euroclear hesablarında 200 milyard avrodan çox olan Rusiya aktivləri dondurulub. Təkcə bu ilin birinci trimestrində onlardan əldə edilən gəlir 1,6 milyard avro təşkil edib.

Depozitarın yeni icraçı direktoru Valeri Ubren bildirib ki, hər gün 100-ə yaxın işçi Rusiya aktivlərinin idarə olunması ilə bağlı məsələlərlə məşğul olur. O vurğulayıb ki, bu aktivləri idarə etmək kifayət qədər çətindir, çünki daim yeni sanksiyalara və Rusiyanın cavab tədbirlərinə cavab vermək lazımdır.