“Rusiyanın gücü tükənir, bu… ” – Şimali Koreya Ukrayna savaşına qoşulur?backend

“Rusiyanın gücü tükənir, bu… “ – Şimali Koreya Ukrayna savaşına qoşulur?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreyadan olan minlərlə hərbçi ilin sonunadək Rusiya-Ukrayna müharibəsinə qoşulacaq. Bu barədə “The Washington Post” nəşri məlumat yayıb. Qeyd olunub ki, bu məqsədlə onlar hazırda Rusiyanın ərazisindəki hərbi təlimlərə cəlb olunub. “Artıq onlardan bir qismi Ukraynaya göndərilərək hərbi əməliyyatlarda iştirak edir”, – nəşr əlavə edib. Rəsmi Moskva yayılan iddialara şərh verməsə də, qəzetin mənbəyi iddiaların əsassız olmadığını açıqlayıb.

 

Maraqlıdır, Şimali Koreya Ukrayna savaşına qoşulur?

 

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, belə iddiaların sadəcə manipulyasiya və informasiya müharibəsinin tərkib hissəsi olması ehtimalı az deyil.

 

Onun sözlərinə görə, iddiaların həqiqətə uyğun olması da istisna deyil:

 

“Məsələ burasındadır ki, Rusiyanın işi getdikcə çətinləşir, gücü tükənir. Bu, Rusiya üçün əlavə dəstəyi zəruri edir. Belə bir vaxtda rəsmi Moskvaya dəstək göstərə biləcək əsas güclərdən biri, şübhəsiz ki, Şimali Koreyadır. Hazırda dünyada baş verən hadisələr təkcə iki ölkə arasında müharibə kimi qiymətləndirilməməlidir. Bu gün dünyada sürətli qütbləşmə gedir. Bunun fonunda fərqli dövlətlər öz tərəflərini seçirlər”.

 

K.Novruzov bildirib ki, Rusiya, Çin, İran, Braziliya eyni qütbdə təmsil olunurlar:

 

“Şimali Koreya da bu sıradadır. Bu baxımdan hətta indi olmasa belə, gələcəkdə Şimali Koreyanın Rusiyaya qoşun göndərməsi təəccüblü olmamalıdır. Ümumiyyətlə, görünən odur ki, Ukraynadakı müharibə getdikcə qlobal xarakter alır”.